Bakıda yol qəzası törədib hadisə yerindən qaçan sürücü tutulub

Bakıda yol qəzası törədib hadisə yerindən qaçan sürücü tutulub
# 25 noyabr 2013 13:15 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda yol qəzası törədib hadisə yerindən qaçan sürücü tutulub.

Bakı Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, şəhər prokurorluğu və Baş Polis İdarəsinin paytaxtın hüquq-mühafizə orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücülərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Noyabrın 23-də saat 21 radələrində paytaxtın Binəqədi rayonu ərazisində naməlum avtomobilin yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada, 1956-cı il təvəllüdlü Məmmədov Qaramolla Xasay oğlunu vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən noyabrın 24-də xəstəxanada ölməsi faktına görə rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.


Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd olunan yol-nəqliyyat hadisəsinin Məmmədov Allahverdi Valeh oğlunun idarə etdiyi “KamAZ” markalı avtomobillə törədilməsində əsaslı şübhələr olduğundan, sonuncu tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR