Brüsseldə Avropa Birliyi - Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası keçiriləcək

Brüsseldə Avropa Birliyi - Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası keçiriləcək
# 08 dekabr 2013 10:49 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycandan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti, Avropa Birliyini (AB) isə hazırda AB-nin sədri qismində çıxış edən Litva Respublikası və AB-nın Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle təmsil edəcək.

Rotasiya prinsipi üzrə hazırkı iclasa Azərbaycan sədrlik edəcək.

İclas zamanı Ermənistan-Azərbaycan münaqişəsi, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq, AB-nin yardım proqramlarının və gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə
tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR