«Bolkart» sahibləri üçün yeni nağdlaşdırma kampaniyası keçirilir

«Bolkart» sahibləri üçün yeni nağdlaşdırma kampaniyası keçirilir
# 04 noyabr 2013 08:49 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. Noyabrın 9-u - Dövlət Bayrağı Günü ilə əlaqədar «Bank of Baku» ASC «Bolkart» sahibləri üçün yeni nağdlaşdırma kampaniyasına başlayıb. Noyabrın 12-dək davam edəcək bu aksiya çərçivəsində kartdan pul çıxaran «Bolkart» sahibləri dekabrın 10-dək faizsiz ödəniş imkanı əldə edəcəklər. Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər. Nağdlaşdırmanın komissiya haqqı 2,5%-dir.

Bu kampaniya zamanı adi «Bolkart», «MasterCard» loqolu «Bolkart», «Nar-Bolkart», tərəfdaş şirkətlərin xüsusi «Bolkart»ları (müştərinin müsbət və ya hədəf tarixçəsi formalaşandan maksimum 1 həftə sonra) üzərində «500 manat» olan adi və «MasterCard» loqolu «Bolkart» (müştərinin müsbət və ya hədəf tarixçəsi formalaşandan maksimum 1 həftə sonra) növlərini nağdlaşdırmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR