Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının növbəti iclasının tarixi məlum olub

Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının növbəti iclasının tarixi məlum olub
# 08 yanvar 2014 10:17 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 4-cü iclasının tarixi məlum olub.

Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutoranın APA-ya verdiyi məlumata görə, iclas yanvarın 27-28 Bakıda keçiriləcək.

Səfir əlavə edib ki, Macarıstan tərəfdən hökumətlərarası komissiyanın həmsədri olan xarici işlər və xarici əlaqələr üzrə dövlət katibi Peter Siyartonu (Peter Szijjarto) Bakıya səfər zamanı Macarıstanın rəsmi şəxsləri və biznesmenlərdən ibarət geniş tərkibli nümayəndə heyəti müşayiət edəcək. İclas çərçivəsində Azərbaycan-Macarıstan biznes-forumun keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan tərəfdən komissiyanın həmsədri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR