Azərbaycandan ən uzaqda yerləşən seçki məntəqəsində prezident seçkiləri başa çatıb - FOTOSESSİYA

Azərbaycandan ən uzaqda yerləşən seçki məntəqəsində prezident seçkiləri başa çatıb - <span style="color: red;">FOTOSESSİYA
# 10 oktyabr 2013 09:12 (UTC +04:00)

Baş Konsulluqdan APA-ya verilən məlumata görə, seçkilər 15 saylı Yasamal I seçki dairəsinin diplomatik nümayəndəlikdə yaradılmış 46 saylı seçki məntəqəsində baş tutub.

Bu məntəqə Azərbaycandan ən uzaq məsafədə yerləşən və seçkilərin ən son yekunlaşdığı seçki məntəqəsi olub. Los Anceles ilə Bakı arasında 12 saat zaman fərqinin olduğunu nəzərə alaraq, seçkilər burada Bakı vaxtı ilə oktyabrın 10-da səhər saat 07.00-da yekunlaşıb.

Seçkilərdə Kaliforniyada və ABŞ-ın digər qərb ştatlarında daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər. Eləcə də Argentina və Braziliyadan da Azərbaycan vətəndaşları Los Ancelesə gələrək, baş konsulluqda səs veriblər. Seçkilər normal şəraitdə keçirilib. Seçki məntəqəsində səsvermənin nəticələrinə əsasən, seçicilərin 84,3%-i İlham Heydər oğlu Əliyevə səs veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR