Azərbaycanda kənd təsərrüfatı məhsulları üçün saxlama anbarlarının artırılması təklif olunur

Azərbaycanda kənd təsərrüfatı məhsulları üçün saxlama anbarlarının artırılması təklif olunur
# 14 noyabr 2013 09:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın kənd təsərrüfatı sahəsində ciddi problemlər mövcuddur. «APA-Economics»in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fuad Muradov bildirib: «İnsanlar öz məhsullarını bazara çıxara bilmirlər».


Deputat təklif edib ki, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün yerlərdə xüsusi saxlama anbarlarının tikintisi məsələsi daha da sürətləndirilsin.


F.Muradov həmçinin dövlət vəsaitləri hesabına aparılan ipoteka kreditləşməsi ilə bağlı problemlərə də toxunub. Millət vəkili qeyd edib ki, Azərbaycanda gənclərin mənzil problemi bu gün olduqca önəmli məsələyə çevrilib. Deputat bu məsələyə daha böyük diqqətin ayrılmasını xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR