Azərbaycanda avtomobillərin icbari sığortası üzrə noyabrda 3,1 mln. manatdan çox ödəniş həyata keçirilib

 Azərbaycanda avtomobillərin icbari sığortası üzrə noyabrda 3,1 mln. manatdan çox ödəniş həyata keçirilib
# 03 dekabr 2013 12:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin noyabr ayı ərzində Azərbaycanda «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 2 353 sığorta tələbi üzrə 3 129 573 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Bürodan «APA-Economics»ə verilən məlumata görə, ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növünə görə isə həcmi ötən ay 2 208 nəqliyyat vasitəsinə dəymiş zərərə görə 2 902 735 manat, 80 ədəd əmlaka dəymiş zərərə görə 96 888 manat, 54 sağlamlığa dəymiş zərərə görə 64 950 manat, 13 şəxsin ölümü üzrə isə 65 min manat təşkil edib.

Ümumilikdə, bu ilin yanvar-noyabr ayları ərzində «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 16 655 sığorta tələbi üzrə 22,9 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Bu ilin noyabr ayında avtomobillərə dəymiş zərərə görə verilmiş sığorta ödənişlərinin orta məbləği 1 353 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR