Elçin Quliyev Göytəpə şəhərində vətəndaşları qəbul edəcək

Elçin Quliyev Göytəpə şəhərində vətəndaşları qəbul edəcək
# 21 yanvar 2014 13:20 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev Göytəpə şəhərində vətəndaşları qəbul edəcək.

DSX-nin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, fevral ayının 6-da saat 11:00-da Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Göytəpə Sərhəd Dəstəsində keçiriləcək qəbulda Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayon sakinləri iştirak edə bilərlər.

Qəbulda iştirak etmək istəyənlər onları maraqlandıran sualları fevral ayının 4-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az saytında yerləşdirə, qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlaya, Göytəpə Sərhəd Dəstəsinə müraciət edə bilərlər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR