Suriyada uşaqlar arasında qorxulu xəstəlik yayılıb

Suriyada uşaqlar arasında qorxulu xəstəlik yayılıb
# 29 oktyabr 2013 15:43 (UTC +04:00)

Bakı - APA. Suriyada uşaqlar arasında yoluxucu poliomielit xəstəliyi yayılmağa başlayıb.

APA-nın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Suriyanın şimal-şərqində, Deyr əl-Zor əyalətində 10 uşağın bu xəstəliyə yoluxduğunu açıqlayıb.

Hazırda bu xəstəliyə yoluxmaqda şübhəli sayılan 12 uşaqla bağlı analizin nəticələri gözlənilir. Bu uşaqlar da Deyr əl-Zorda yaşayanlardır. ÜST-nin rəsmi nümayəndəsi Oliver Rozenbaur deyib ki, əhalinin miqrasiyası poliomielitin Suriyanın digər rayonlarında da yayılmasına yol aça bilər. Onun sözlərinə görə, bu, son nəticədə ümumilikdə Yaxın Şərq ölkələri üçün ciddi risk yaradacaq.

Qeyd edək ki, poliomielit uşaqlarda onurğa beyninin iflicinə yol açır, əsəb sisteminə zərbə vurur. Bu xəstəlik uşaqların ölümünə, müalicəsi mümkün olmayan iflic durumuna düşməsinə səbəb olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR