Narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 orta məktəb şagirdi, 3 ali məktəb tələbəsi məsuliyyətə cəlb olunub

Narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 orta məktəb şagirdi, 3 ali məktəb tələbəsi məsuliyyətə cəlb olunub
# 25 noyabr 2013 08:11 (UTC +04:00)

Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, 2007-2012-ci illəri əhatə edən dövr ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotiklərlə mübarizə sahəsində 17 min 95 fakt aşkar edilib və qanunsuz dövriyyədən ümumi çəkisi 11 tona yaxın müxtəlif növ narkotik vasitələr götürülüb.

Bu dövr ərzində qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin “qara bazar”da ümumi dəyəri 183 mln dollar təşkil edib. Bu növ cinayət törətdiklərinə görə 14 min 143 nəfər şəxs məsuliyyətə cəlb olunub. Onlardan 26 nəfəri 18 yaşadək, 3 min 394 nəfəri 30 yaşadək, 10 min 713 nəfəri 30 yaşdan yuxarı, 6 nəfəri orta məktəb şagirdi, 3 nəfəri ali məktəb tələbəsi, 153 nəfəri fəhlə, 13 min 125 nəfəri işləməyənlər, 14 nəfəri nəqliyyat işçisi, 386 nəfəri qadın, 13 min 757 nəfəri kişi, 3 min 437 nəfəri isə əvvəllər məhkum olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR