Bakıda “BMW-X6” markalı avtomobil yanıb

Bakıda “BMW-X6” markalı avtomobil yanıb
# 15 oktyabr 2013 20:48 (UTC +04:00)

Bakı-APA. Bakıda bu gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda vətəndaşa məxsus BMW-X6 markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR