İran Milli Kitabxanasının sədri Elşad İskəndərovla görüşündə Nizami Gəncəvinin məqbərəsindən danışıb

İran Milli Kitabxanasının sədri Elşad İskəndərovla görüşündə Nizami Gəncəvinin məqbərəsindən danışıb
# 17 sentyabr 2013 12:03 (UTC +04:00)

DQİDK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, öncə Azərbaycan nümayəndə heyəti kitabxananın kitab fondu, binası, strukturu, iş prinsipi ilə tanış olub, heyətə müxtəlif dillərdə 3 milyondan yuxarı kitab və dərginin saxlandığı barədə məlumat verilib, əlyazmalar saxlanan arxivlər nümayiş etdirilib.

Kitabxana rəhbərliyinin iştirakı keçirilən görüşdə ikitərəfli əməkdaşlığa aid bir sıra məsələlər müzakirə edilərkən dr. İshaq Salehi Azərbaycanda Nizami Gəncəvinin məqbərəsindən onun beytlərini əks etdirən fars dilində yazılı abidələrin söküldüyü haqda İran mətbuatında məlumatlar getdiyini bildirərək, bu xəbərin İrandakı alim və tədqiqatçıları narahat etdiyini, Nizami Gəncəvi kimi dahi şairin irsinə biganəliyin xoşagəlməz hal olduğunu bildirib.

Həmin xəbərlərin əslində əsassız ajiotaj yaratdığını qeyd edən DQİDK sədri Azərbaycanda Nizami Gəncəvi irsinin qorunması, ona verilən önəm barədə İran tərəfini məlumatlandırıb: “Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsi bir sıra digər Azərbaycan dühalarının irsi kimi bütün bəşəriyyətin xəzinəsidir. Eyni zamanda dünyada Azərbaycan qədər Nizami irsinin qorunması məqsədilə fəaliyyət göstərən başqa dövlət yoxdur”.

Komitə sədri qeyd edib ki, Nizami Gəncəvinin şərəfinə Bakıda mərkəzi küçə, Azərbaycan Ədəbiyyat Tarixi Muzeyi, Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu, metro stansiyası adlandırılıb, şəhərin mərkəzində heykəli qoyulub. Əsərləri dəfələrlə, özü də ən müxtəlif dillərdə nəşr edilən Nizami Gəncəvi daima Azərbaycan ədəbiyyatının zirvəsi hesab olunub. Hətta 1942-ci ildə SSRİ dönəmində, 2-ci Dünya müharibəsinin ən ağır, Moskvanın, Peterburqun, Bakının işğal təhlükəsi olduğu bir dövrdə məhz Azərbaycan ziyalılarının təkidi ilə onun 800 illiyi keçirilib. Son illər ərzində Nizami irsinin dünya miqyasında tanıdılması üçün onu məhz Azərbaycan tərəfindən Romada abidəsi ucaldılıb, onlarla beynəlxalq tədbirlər keçirilib: “Ətrafında əsassız ajiotaj yaradılan məqbərə daşlar tarixi kitabə deyillər və hazırda məqbərənin əsaslı təmiri zamanı bütün üzlüklər kimi yenilənirlər. Azərbaycanda Nizami irsinin bir hissəsi olaraq əsərlərinin yazıldığı fars dilinə də hörmətlə yanaşılır. Belə ki, Nizaminin fars dilində çoxcildlik əsərlər toplusu dövlət tərəfindən nəşr olunub. Odur ki, bu məsələ ətrafında ajiotaj süni xarakter daşıyır. Məqbərə bərpa işlərindən sonra daha da möhtəşəm olacaq və onu dünyadan, o cümlədən İrandan gələcək Nizamisevərlər şahidi ola biləcəklər”.

İran Milli Kitabxanasının sədri dr. Salehi, Nizami irsinə Azərbaycanda verilən bu önəmə görə təşəkkür edərək, bu məlumatların bir çoxunun onlar üçün yeni və çox sevindirici olduğunu qeyd edib, gələcəkdə mövcud narazılıqların da aradan qalxacağına inandığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR