“Total”ın prezidenti: “İrana qarşı sanksiyalar ləğv edilməlidir”

“Total”ın prezidenti: “İrana qarşı sanksiyalar ləğv edilməlidir”
# 02 oktyabr 2013 07:31 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Biz Qərbin İrana qarşı tətbiq etdiyi neft sanksiyalarını aradan qaldırmasından sonra bu ölkəyə yenidən geri dönəcəyimizə ümid edirik”. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu Fransanın “Total” neft şirkətinin prezidenti Kristof de Marjari hər il Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən “Neft və maliyyə” konfransında deyib. O bildirib ki, İrana qarşı sanksiyalar ləğv edilməlidir: “Bu gün İrana qarşı məhdudiyyətlər var və bu qadağalar hər kəsə tətbiq edilib. Ancaq biz qısa müddətdə maneələrin aradan qaldırılmasını gözləyirik. Yəni İrana qarşı sanksiyaların mümkün qədər tez aradan qaldırılacağına ümid edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR