Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başa çatıb - YENİLƏNİB 1 - VİDEO

Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başa çatıb - <span style="color: red;">YENİLƏNİB 1  - <span style="color: red;">VİDEO
# 19 noyabr 2013 13:27 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, prezidentlər mətbuata heç bir açıqlama vermədən görüşün keçirildiyi «Palais Coburg» hotelindən ayrılıblar.

***

saat 16.15

Bakı. Viktoriya Dementyeva – APA. Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın təkbətək görüşü başa çatıb.

APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan “Twitter” səhifəsində yazıb.

“Ermənistan və Azərbaycan prezidentlərinin görüşü başa çatıb, ATƏT-in Minsk qrupu həmsədrləri və hər iki ölkənin nazirləri də görüşə qatılıblar”, - deyə A. Saqatelyan qeyd edib.

Xatırladaq ki, prezidentlərin görüşü barədə razılıq həmsədrlərin noyabrın 4-5-də regiona səfəri zamanı əldə olunub.

İki ölkənin prezidentləri təxminən iki illik fasilədən sonra bir araya gəliblər.

***

saat 14:44

Bakı. Viktoriya Dementyeva – APA. Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş başlayıb.

APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə öz “Twitter” səhifəsində Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan yazıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR