Çexiyanın Azərbaycandakı səfiri azərbaycanlı uşaqları mükafatlandırıb

Çexiyanın Azərbaycandakı səfiri azərbaycanlı uşaqları mükafatlandırıb
# 08 noyabr 2013 16:32 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Çexiyanın Lidise şəhərində keçirilən ənənəvi 41-ci Beynəlxalq Uşaq İncəsənət Sərgisinin qaliblərinə Çexiyanın Azərbaycandakı səfiri tərəfindən mükafatlar təqdim edilib.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, İkinci Dünya müharibəsi zamanı qətlə yetirilmiş Lidise kəndinin uşaqlarının xatirəsini yad etmək məqsədilə hər il keçirilən "Lidise" sərgisi 1973-cü ildən beynəlxalq xarakter alıb və hazırda dünyanın ən böyük uşaq sərgisinə çevrilib. Lidise Memorialı tərəfindən təşkil olunan sərgi 2001-ci ildən Çexiya Mədəniyyət, Xarici İşlər, Təhsil, Gənclər və İdman nazirliklərinin, UNESCO üzrə Çexiya Komissiyasının himayəsi altında keçirilir.

"Xalqımın ənənələri və irsi" mövzusunda keçirilmiş sərgiyə 68 ölkədən 24593 əsər göndərilib. Azərbaycandan 45 iştirakçı tərəfindən təqdim edilmiş 387 əsərdən 5 müəllifin əl işi mükafata layiq görülüb. Abşeron rayonunun Saray qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin şagirdi Rəna Abdullayeva sərginin ən yüksək mükafatı - "Lidise qızılgülü" medalı ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR