Azərbaycan və İspaniya rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıqla bağlı birgə işçi qrupu yaradır - FOTO

Azərbaycan və İspaniya rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıqla bağlı birgə işçi qrupu yaradır  - <span style="color: red;">FOTO
# 27 noyabr 2013 14:36 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) İspaniyanın sabiq xarici işlər naziri Miqel Anxel Moratinosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Azərbaycanın İKT siyasəti, bu sahədə aparılan islahatlar və həyata keçirilən layihələr barədə məlumat verən Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə İspaniya ilə iqtisadi münasibətlərin, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsinin daha da inkişaf etdirilməsində ölkəmizin maraqlı tərəf kimi çıxış etdiyini qeyd edib.

«APA-Economics»in RİTN-ə istinadən verdiyi məlumata görə, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin zəruriliyindən danışan E.Vəlizadə peyk sənayesi, RİTN-in tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, RİTN-in tabeliyində Yüksək Texnologiyalar Parkı ilə potensial əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.

Azərbaycanın ilk telekommunikasiya peyki «Azerspace-1»in əhatə zonasına Avropa, Mərkəzi Asiya və Afrika ölkələrinin daxil olduğunu da vurğulayan E.Vəlizadə milli peykin xidmətlərindən İspaniya tərəfinin də istifadə edə biləcəyini qeyd edib. Dekabr 2-5-də Bakı Ekspo Mərkəzində telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri – «Bakutel-2013» sərgisinin keçiriləcəyinə də toxunan E.Vəlizadə tədbirdə ispan şirkətlərinin iştirakını iki ölkənin telekommunikasiya şirkətləri arasında əlaqələrin qurulmasında yaxşı başlanğıc kimi qiymətləndirib.

Son 10 ildə Azərbaycan iqtisadiyyatının artım dinamikasının təqdirəlayiq olduğunu deyən Miqel Anxel Moratinos ölkəsinin Azərbaycanla digər iqtisadi sahələrlə yanaşı, telekommunikasiya sahəsində də əməkdaşlığa maraq göstərdiyini bildirib.

Görüşün sonunda ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi məqsədilə işçi qrupunun yaradılması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR