Gələn həftə Avropa Məhkəməsi Azərbaycandan Rusiyaya ekstradisiya olunmaq istəməyən çeçenin işi üzrə qərarını açıqlayacaq

Gələn həftə Avropa Məhkəməsi Azərbaycandan Rusiyaya ekstradisiya olunmaq istəməyən çeçenin işi üzrə qərarını açıqlayacaq
# 08 noyabr 2013 16:45 (UTC +04:00)

APA-nın AİHM mətbuat xidmətinə istinadən xəbərinə görə, hazırda Bakıda həbsdə olan Rusiya vətəndaşı, 1967-ci il təvəllüdlü Hacı Çankayev məhkəməyə şikayətində bildirib ki, Azərbaycan Rusiyaya ekstradisiyası onun işgəncələrə məruz qalması ilə nəticələnə bilər. Eyni zamanda ekstradisiya qərarından Azərbaycan məhkəmələrində effektiv hüquqi yardım ala bilməyib.

Qeyd edək ki, H.Çankayev 2002-ci ildə Rusiyadan Azərbaycana qaçıb. 2006-cı ildə Azərbaycanda qanunsuz silahlı dəstə yaratmaqda və qanunsuz silah saxlamaqda ittiham edilərək məhkum olunub. Elə həmin il çeçen silahlı qruplaşmasının üzvü kimi təqsirli bilindiyi cinayətlər üzrə məhkəmə qarşısında durmaq üçün müvəqqəti olaraq Rusiyaya təhvil verilib və 6 il azadlıqdan məhrum olunub.

2012-ci ilin iyun ayında Rusiya H.Çankayevin ekstradisiyası üçün Azərbaycana müraciət edib. Avqustda bu istək təmin edilib. H.Çankayev isə bu qərardan şikayət verib. Sentyabrın 3-də onun apellyasiya şikayəti rədd edilib. Lakin AİHM-də şikayət üzrə qərar çıxarılana qədər ekstradisiya qərarının icrası dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR