Bakının ABU həndbol klubunun “Çelenc Cup”ın 1/8 final mərhələsində rəqibi bilinib

Bakının ABU həndbol klubunun “Çelenc Cup”ın 1/8 final mərhələsində rəqibi bilinib
# 19 noyabr 2013 13:52 (UTC +04:00)

Bakı-APA. Qadın həndbolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi ABU-nun da rəqibi müəyyənləşib.


Bakılılar bu mərhələdə Serbiyanın “Millenium” klubu ilə görüşəcək. Bu mərhələnin ilk oyunları gələn il fevralın 1-2-də, cavab matçları isə 7-8-də baş tutacaq. Püşkə əsasən ABU ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, III mərhələdən azad olan Serbiya təmsilçisi avrokubokların debütantıdır. Zəngin avrokubok təcrübəsi olan ABU isə Yunanıstanın “QAS Megas Aleksandros” klubunu 32:21 və 28:18 hesabı ilə darmadağın etməklə, 1/8 finala yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR