Sumqayıtda muğam festivalı keçirilib - FOTO

Sumqayıtda muğam festivalı keçirilib  - <span style="color: red;">FOTO
# 04 noyabr 2013 07:53 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Muğamsevərlər” Musiqi Festivalı layihəsi çərçivəsində Sumqayıt şəhərində Muğam Festivalı keçirilib.

APA-nın xəbərinə görə, Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Evində baş tutan festivalı layihənin icraçısı Eyvaz Qocayev açaraq, bu layihə çərçivəsində Sumqayıt şəhərində istedadlı gənc muğam ifaçıları seçilərək festivala cəlb olunduğunu qeyd edib.

E.Qocayev layihənin məqsədi barədə danışaraq deyib ki, festivalın məqsədi istedadlı gənc muğam ifaçılarını aşkarlayaraq üzə çıxarmaqdır: “Festivalı həyata keçirməkdə məqsədimiz gənc muğam ifaçılarını bir araya gətirərək özlərini təqdim etmək üçün şərait yaratmaq, istedadlı gəncləri həvəsləndirmək, gənclərin muğama olan marağını daha da artırmaqdır. Eyni zamanda mədəni irsimizi gənclər vasitəsilə təbliğ etmək, gənclərin asudə vaxtını səmərəli keçirilməsinə, mədəni istirahətlərinin təmin olunmasına nail olmaqdır. Hesab edirəm ki, çox uğurlu bir proqramla festivalı başa çatdırmaqla layihənin məqsədinə nail ola bildik".

Festivalda gənc muğam ifaçılarından Fariz İsgəndərov, Şamo Qədirov, Teymur Əzizli, Daşqın Piriyev, Gülnar Ələkbərli və Sadıq Qasımov çıxış edib. Gənc muğam ifaçılarını tarda Elnur Əliyev, kamançada Şəhriyar Musayev müşayiət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR