“DəmirBank” “Səyahət krediti”ni təqdim edib

“DəmirBank” “Səyahət krediti”ni təqdim edib
# 25 iyun 2014 08:18 (UTC +04:00)

Bakı - APA-Economics. “DəmirBank” səyahətə gedənlər üçün “Səyahət krediti” adlı güzəştli kredit aksiyasına start verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiya cari ilin 22 avqust tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə görə, turizm şirkətlərində səyahət paketi alanlara maksimum 6 000 manat kreditin, 12 aylıq müddətə təqdim edilməsindən, aksiya çərçivəsində müştərilərə pulsuz Visa Classic kartı, 3 000 manatdan yuxarı kredit götürənlərə isə məbləğin 30%-i qismində kredit xətti verilməsindən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR