Litvanın iqtisadiyyat naziri Azərbaycanda səfərdədir

Litvanın iqtisadiyyat naziri Azərbaycanda səfərdədir
# 03 aprel 2014 11:15 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Litvanın iqtisadiyyat naziri Evaldes Qustas Azərbaycanda səfərdədir. Bu barədə APA-ya Litvanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Nazir E. Qustas “Turizm və səyahət” adlı beynəlxalq sərgidə iştirak edir. Onun Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə, iqtisadiyyat naziri Şahin Mustafayevlə və “Azpromo”da görüşlər keçirməsi nəzərdə tutulub.

Səfər aprelin 5-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR