Türkiyədə “Yeni qlobal mübarizədə Qafqaz və Qarabağ problemi” adlı kitab dərc olunub

Türkiyədə “Yeni qlobal mübarizədə Qafqaz və Qarabağ problemi” adlı kitab dərc olunub
# 22 oktyabr 2013 14:59 (UTC +04:00)

Bakı - APA. Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyi (QAFSAM) Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ problemi ilə bağlı Türkiyədə kitab dərci” adlı layihə həyata keçirib.

APA-nın məlumatına görə, layihənin həyata keçirilməsinin əsas səbəbi Azərbaycan üçün qardaş ölkə və qonşu dövlət olmasına baxmayaraq Türkiyədə də mövzu ilə əlaqədar elmi ədəbiyyat çatışmazlığı olub.

Kitabın nəşri üçün Türkiyədəki nüfuzlu Avrasya Ekonomik İlişkiler Derneği ilə əməkdaşlıq edilib. 1000 tirajla çap olunan kitab Türkiyədəki əhəmiyyətli dövlət qurumlarına, kitabxanalara, ictimai, siyasi, elmi xadimlərə, xarici ölkə səfirliklərinə və media nümayəndələrinə çatdırılıb (proses hazırda davam etdirilir). Oktyabrın 19-da layihə çərçivəsində Türkiyədə nəşr etdirilmiş “Yeni Küresel Mücadelede Kafkasya ve Karabağ Sorunu” (“Yeni qlobal mübarizədə Qafqaz və Qarabağ problemi”) adlı əsərin təqdimat mərasimi keçirilib. Əsərin müəllifi Araz Aslanlıdır. Təqdimat mərasimində çıxış edən QAFSAM-ın sədr müavini, beynəlxalq münasibətlər üzrə elmlər doktoru Nazim Cəfərsoy əsərin əhəmiyyəti, layihə çərçivəsində Türkiyəyə etdiyi səfər barədə məlumat verib. Səfər çərçivəsində Türkiyədə görüşlər keçirilib, kitabın maraqlı şəxs və qurumlara çatdırılması prosesi təşkil edilib. Eyni zamanda layihədə nəzərdə tutulmadığı və büdcə ayrılmadığı halda kitabla bağlı Türkiyədə xüsusi beynəlxalq konfransın keçirilməsi və kitabın müəllifinin konfransda çıxış etməsi da planlaşdırılır. Bu barədə lazımı işlər Avrasya Ekonomik İlişkiler Derneği tərəfindən həyata keçiriləcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR