Azərbaycanda Aİ-98 markalı benzin ucuzlaşıb - VİDEO

Azərbaycanda Aİ-98 markalı benzin ucuzlaşıb - <span style="color: red;">VİDEO
# 02 aprel 2014 08:53 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, sözügedən markanın qiyməti 1,5 manatdan 1,03 manata qədər azalıb. Digər benzin markalarının qiymətlərində dəyişiklik yoxdur.

Qeyd edək ki, Azərbaycanda Aİ-98 markalı benzinin satışını yalnız ARDNŞ və “Azpetrol” şirkəti həyata keçirir.

ARDNŞ-dən qiymət dəyişikliyini təsdiq etsələr də, “Azpetrol”dan bu xəbərin həqiqətəuyğun olmadığını bildiriblər.

Qeyd edək ki, Aİ-98 markalı benzin Azərbaycanda istehsal olunmadığından, xaricdən idxal edilir. Belə olduğu halda, bu benzin markası üzrə qiyməti Tarif Şurası müəyyən etmir.

Xatırladaq ki, hazırda ölkə ərazisində Aİ-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti isə 1 litr üçün 70 qəpik müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR