Xalq artisti Şəfiqə Axundovanın 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək

Xalq artisti Şəfiqə Axundovanın 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək
# 02 aprel 2014 08:41 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Aprelin 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Şəfiqə Axundovanın 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Dövlət Filarmoniyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında bəstəkarın əsərləri səsləndiriləcək.

Orkestrin bədii rəhbəri və baş dirijoru xalq artisti, professor Ağaverdi Paşayevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR