Lənkəran. Ağəddin Babayev - APA. Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin Siyasət, iqtisadiyyat, mətbuat və informasiya şöbəsinin müdiri Toralt Pilts Lənkəranda olub.
APA-nın cənub bürosunun məlumatına görə, səfər proqramı çərçivəsində xarici diplomat Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşovla görüşərək, Azərbaycan-AB əməkdaşlıq əlaqələrinin, rayonun sosial-iqtisadi inkişafında bu əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi aparıb.
T. Pilts Lənkəran Dövlət Universitetin müəllim və tələbə kollektivi ilə də görüşüb, AB-nin fəaliyyəti, iş prinsipləri və Azərbaycan-AB əməkdaşlıq əlaqələri barədə mühazirə oxuyub.
Görüş zamanı diplomat tələbə və müəllimləri maraqlandıran sualları da cavablandırıb.
AB nümayəndəsinin Lənkərana səfəri rayonda fəaliyyət göstərən bir qrup QHT nümayəndəsi ilə görüşlə başa çatıb.