Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və BMT-nin Sivilizasiyalar Alyansı əməkdaşlıq haqqında müqavilə imzalayıb - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və BMT-nin Sivilizasiyalar Alyansı əməkdaşlıq haqqında müqavilə imzalayıb - <span style="color: red;">FOTO
# 30 sentyabr 2013 08:01 (UTC +04:00)

Bakı – APA. Bu gün BMT-nin Sivilizasiyalar Alyansının Dostlar Qrupunun Nyu-Yorkda keçirilən yüksək səviyyəli illik görüşündə bu qurumla Azərbaycan arasında strateji tərəfdaşlıq və əməkdaşlıq müqaviləsi imzalanıb.

APA_nın xəbərinə görə, müqaviləni BMT tərəfindən Sivilizasiyalar Alyansı üzrə ali nümayəndə Nasser Abdulaziz ən-Nasir, Azərbaycan tərəfindən isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov imzalayıb.

Sənəd beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoq üzrə ən ali platforma olan BMT Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əməkdaşlığı yeni səviyyəyə qaldıracaq.

Müqaviləyə əsasən Sivilizasiyalar Alyansı ilə Dövlət Komitəsi tərəfindən təsis edilmiş Milli Tolerantlıq Mərkəzinin fəaliyyətinə, həmçinin Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünyada yayılmasına dəstək veriləcək. Eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış “Azərbaycan - Tolerantlıq Məkanı” foto sərgisi Sivilizasiyalar Alyansının tədbirlərində, o cümlədən 2014-cü ildə İndoneziyada keçiriləcək Forumda təşkil olunacaq. Müqaviləyə əsasən, iki qurum tərəfindən həyata keçiriləcək layihələr sırasında 2014-cü ildə Azərbaycanda baş tutacaq gənclər üçün Yay Məktəbi və “Photolerance” foto müsabiqəsi də var. İmzalanma zamanı çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nasser Abdulaziz ən-Nasir müqavilənin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tolerantlıq modelinə verdiyi yüksək qiymət kimi dəyərləndirib və bununla iki qurum arasında əməkdaşlığın yeni səhifəsinin açıldığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR