Küveyt parlamenti Azərbaycanla imzalanmış təhlükəsizlik və cinayətkarlıqla mübarizəyə dair sazişi ratifikasiya edib

Küveyt parlamenti Azərbaycanla imzalanmış təhlükəsizlik və cinayətkarlıqla mübarizəyə dair sazişi ratifikasiya edib
# 08 yanvar 2014 09:31 (UTC +04:00)

APA-nın Küveytin “Kuna” agentliyinə istinadən verdiyi məlumata görə, yanvarın 7-də Küveyt parlamentinin iclasında xarici ölkələrlə imzalanmış 15 saziş, o cümlədən Azərbaycan və Küveyt hökumətləri arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizəyə dair saziş ratifikasiya olunub.

Xatırladaq ki, sözügedən saziş Milli Məclis tərəfindən ötən il ratifikasiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR