Azərbaycan səfiri Lüksemburq parlamentinin sədri ilə görüşüb

Azərbaycan səfiri Lüksemburq parlamentinin sədri ilə görüşüb
# 10 fevral 2014 14:05 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının iqamətgahı Brüssel şəhəri olmaqla Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov Lüksemburq parlamentinin sədri Mars Di Bartolomeo ilə görüşüb. Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi / Avropa Birliyi yanında Nümayəndəliyindən APA-ya verilən xəbərə görə, F. İsgəndərov öncə M. Di Bartolameonu Lüksemburq parlamentinin sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun təbrik məktubunu ona çatdırıb.

F. İsgəndərov parlamentlərarası münasibətlərin ikitərəfli əlaqələrə töhfəsinin danılmaz olduğunu diqqətə çatdıraraq M. Di Bartolomeonu Azərbaycana səfərə dəvət edib və bu səfərin iki ölkə arasında əlaqələrin intensivləşməsinə səbəb olacağına ümid etdiyini söyləyib.

M. Di Bartolomeo öz növbəsində təbrik və dəvətə görə təşəkkürünü bildirib, daha əvvəl Azərbaycanda olduğunu və Lüksemburq Hersoqluğu ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını vurğulayıb.

Səfir Lüksemburq parlamentinin sədrinin Azərbaycanla bağlı çoxsaylı suallarına cavab olaraq Azərbaycanın qonşu ölkələrlə münasibətləri, regionda həyata keçirilən enerji və infrastruktur layihələri, bölgədə yeni təhdidlər və çağırışlar, o cümlədən Dağlıq Qarabağ münaqişəsi haqqında M. Di Bartolomeoya ətraflı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR