“Garant Holding” MMC İSO beynəlxalq keyfiyyət sertifikatı alıb

“Garant Holding” MMC İSO beynəlxalq keyfiyyət sertifikatı alıb
# 10 yanvar 2014 14:03 (UTC +04:00)

Bakı - APA-Economics. TÜV Austria Hellas Beynəlxalq Sertifikatlaşdırma Təşkilatı tərəfindən Azərbaycanın ən iri holdinqlərindən biri olan “Garant Holding”ə İSO 9001:2008 sertifikatı verilib.

APA-Economics”in xəbərinə görə, holdinqin fəaliyyətini dərindən araşdıran TÜV Austria Hellas təşkilatı şirkətin Keyfiyyət Menecment Sisteminə, korporativ idarəetmə prinsiplərinə tam riayət etdiyinin şahidi olub.

Qeyd edək ki, 2005-ci ildən Azərbaycanda fəaliyyətə başlayan “Garant Holding” uğurlu və dinamik idarəetmə şirkətidir və tərkibinə daxil olan şirkətlərin fəaliyyətinə, onların strateji qərarlarına rəhbərlik edir.

“Garant Holding” şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcə də səyahət sahələrində fəaliyyət göstərir. Gənc, dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatının önündə olmağı qarşısına məqsəd qoyan “Garant Holdinq” ölkənin mühüm iqtisadi qüvvələrindən biridir.

2005-ci ildən 2013-cü ilə qədər şirkət “ZQAN Holding” adı altında fəaliyyət göstərib, 10 may 2013-cü il tarixindən etibarən “ZQAN Holding” adını dəyişərək, onu yeni korporativ ad “Garant Holding”lə əvəzləyib. Yeri gəlmişkən, holdinqin tərkibinə daxil olan “Azbentonit”, “Qarant Sığorta” və “Royal Estate” şirkətləri də İSO beynəlxalq keyfiyyət sertifikatına layiq görülüb. Cari il ərzində holdinqin bütün şirkətləri müvafiq prosedurlarda keçərək sertifikasiya olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR