Azərbaycanda bank depozitlərinin həcmi 12 mlrd. manatı ötüb

Azərbaycanda bank depozitlərinin həcmi 12 mlrd. manatı ötüb
# 11 dekabr 2013 12:55 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin ümumi həcmi 2013-cü il noyabrın 1-nə 12 042,3 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 839,9 mln. manat və ya 18,0% çoxdur. Bu ilin əvvəlindən depozitlərin həcmi 1 343,1 mln. manat və ya 12,6%, təkcə oktyabrda isə 112,9 mln. manat və ya 1,0% artıb.

Depozitlərin tərkibində 6 303,4 mln. manat və ya 52,4% ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2012-ci il noyabrın 1-nə nisbətən 1 613,7 mln. manat və ya 34,4%, o cümlədən, bu ilin əvvəlindən 1 190,0 mln. manat və ya 23,3% artıb.

Eyni zamanda, hüquqi şəxslərin depozitlərinin həcmi noyabrın 1-nə 5 738,8 mln. manata bərabər olub. Bu göstərici son bir ildə 226,0 mln. manat və ya 4,1%, ilin əvvəlindən isə 152,9 mlın. manat və ya 2,7% artıb.

Hüquqi şəxslərin depozitlərinin strukturunda 3 067,8 mln. manatı və ya 53,5%-i maliyyə təşkilatlarının depozitləri, 2 671,0 mln. manatı və ya 46,5%-i qeyri-maliyyə təşkilatlarının depozitləri təşkil edib. Qeyd edək ki, illik müqayisədə maliyyə təşkilatlarının depozitləri 335,3 mln. manat və ya 12,3% artıb, qeyri-maliyyə təşkilatlarının depozitləri isə 109,3 mln. manat və ya 3,9% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR