“Azəryolservis” qanunsuz parklanmaya görə Bakının mərkəzi küçəsində işini tam başa çatdırmayıb - VİDEO

“Azəryolservis” qanunsuz parklanmaya görə Bakının mərkəzi küçəsində işini tam başa çatdırmayıb - <span style="color: red;">VİDEO
# 09 may 2014 10:01 (UTC +04:00)

Bu barədə APA-ya Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verilib.

“Dünən saat 22:00-dan etibarən işə başlanılıb. Lakin yolun hər iki tərəfində nəqliyyat vasitələri park edildiyi üçün bizim texnikamız normal işləyə bilmirdi. Dəfələrlə müvafiq orqana müraciət etdik. Bundan sonra nəqliyyat vasitələri sahiblərindən xahiş olundu ki, avtomobilləri həmin ərazidən götürsünlər. Lakin heç kim avtomobili götürmədi, götürənlər də yeni xətlərin üzərindən keçərək rəngləri pozub. Yaranmış vəziyyətlə bağlı həmin avtomobillərin park edildiyi ərazilərdə iş aparmaq mümkün olmayıb”, - deyə qurum rəsmisi bildirib.

P. Mürsəliyev bu cür neqativ halların baş verməməsi üçün sürücüləri hər hansı yolda nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı edilən elanlara diqqətlə yanaşmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR