Bakı Fond Birjasının dövriyyəsi iki dəfədən çox artıb

Bakı Fond Birjasının dövriyyəsi iki dəfədən çox artıb
# 09 may 2014 11:20 (UTC +04:00)

Bakı. İlkin Əhmədov – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 2,25 dəfə artaraq 4,81 mlrd. manat təşkil edib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, aprel ayında qiymətli kağızlar bazarı ötən ilin eyni ayına nisbətən 51,2% artaraq 809,133 mln. manata çatıb.

Onu da qeyd edək ki, korporativ qiymətli kağızların həcmi 496,245 mln. manat və ya qiymətli kağızlar bazarının 61,3%-ni təşkil edib. Ötən ay ərzində dövlət qiymətli kağızlar bazarının həcmi isə 312,89 mln. manat və ya ümumi bazarın 38,7%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR