Azərbaycanda “Cırtdan” II Beynəlxalq kukla teatrları festivalı keçiriləcək

Azərbaycanda “Cırtdan” II Beynəlxalq kukla teatrları festivalı keçiriləcək
# 21 oktyabr 2013 16:07 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Noyabrın 9-dan 16-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, “UNİMA”nın dəstəyi ilə “Cırtdan” II Beynəlxalq kukla teatrları festivalı keçiriləcək.

APA-nın məlumatına görə, festival çərçivəsində tamaşalar Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının və Dövlət Gənc Tamaşaçılar Teatrının səhnələrində oynanılacaq.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 10-da teatrın səhnəsində Böyük Britaniyanın “British Council” təşkilatı Dorset Kukla Teatrı Kompaniyasının “Asılmış vəziyyətdə” tamaşası təqdim olunacaq.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təqdim edəcəyi ikinci əsər Teatro Verde Burattinin (İtaliya) “Bir kral var idi...” tamaşasıdır. Tamaşa teatrın səhnəsində noyabrın 11-də oynanılacaq. Festivalın üçüncü tamaşası - “Günyol” Marionet Teatrının (İsveçrə) “Mən danışmaq istəyirəm”i noyabrın 13-də nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR