Yevlax və Göyçayda Maliyyə Nazirliyinin yeni inzibati binaları açılıb

Yevlax və Göyçayda Maliyyə Nazirliyinin yeni inzibati binaları açılıb
# 25 dekabr 2013 14:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Yevlax şəhəri üzrə Maliyyə İdarəsinin yeni inzibati binasının açılışı olub.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, açılış mərasimində Maliyyə Nazirliyi Aparatının rəhbəri Namiq Süleymanov və Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov iştirak ediblər.

Bildirilib ki, müasir standartlara uyğun inşa edilən inzibati binada normal iş fəaliyyəti üçün şərait yaradılıb. Qeyd olunub ki, son illərdə Maliyyə Nazirliyi əməkdaşlarının iş şəraiti xeyli yaxşılaşdırılıb və Nazirliyin tabeliyində olan qurumlar müstəqil inzibati binalarla təmin olunur.

Həmçinin, Maliyyə Nazirliyinin Göyçay rayonu üzrə Maliyyə İdarəsinin də yeni inzibati binası istifadəyə verilib. Burada da müasir standartlara uyğun inşa edilən inzibati binada normal iş fəaliyyəti üçün hər cür şərait yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR