Erməni sərhədçiləri tərəfindən saxlanılan Allahverdi Pələngovun ailəsinə Ermənistan XİN-dən məktub gəlib - FOTO

Erməni sərhədçiləri tərəfindən saxlanılan Allahverdi Pələngovun ailəsinə Ermənistan XİN-dən məktub gəlib - <span style="color: red;">FOTO
# 27 sentyabr 2013 23:03 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Ermənistan Xarici İşlər Nazirliyindən Gürcüstanın Marneuli rayonunun Burma kəndində (Sadaxlı kəndi yaxınlıqda yerləşir) yaşayan Pələngovlar ailəsinə məktub gəlib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə APA-ya avqustun 17-də erməni sərhədçilər tərəfindən saxlanılan Allahverdi Pələngovun oğlu Kənan Pələngov xəbər verib. Onun sözlərinə görə, Pələngovlar ailəsinə yazılan məktub Gürcüstan Xarici İşlər Nazirliyi vasitəsilə çatdırılıb:

“Məktubda bildirilib ki, atam Allahverdi Pələngov “sərhədi keçmə” maddəsi üzrə günahını boynuna alıb və ona 200 min dramdan 400 min dramadək (800-1600 lari arası) cərimə kəsiləcək, yaxud da o 2 il azadlıqdan məhrum olacaq. Həm də bildiriblər ki, məhkəməyə 10 gün qalanda, bizə xəbərdarlıq olunacaq”.

Allahverdi Pələngovun əmisi oğlu Süleyman Pələngov isə APA-ya açıqlamasında bildirib ki, Allahverdi Pələngovun heç bir günahı yoxdur: “Çünki Ermənistan və Gürcüstan arasında delimitasiya və demarkasiya işləri hələ başa çatmayıb və heç bir sərhəd xətti məlum deyil”.

Bir neçə gün bundan əvvəl Ermənistandan Burma kəndinə gələn Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, Təkəli Assosiasiyasının yaradıcılarından biri olan Georgi Vanyan Ermənistan-Gürcüstan sərhədində hüquq müdafiəçiləri ilə birlikdə monitorinq aparandan sonra sərhəd xəttinin olmadığı faktını təsdiqləyib. APA-nın məlumatına görə, bu gün Marneuli rayonunun Təkəli kəndində keçirdiyi toplantıda G.Vanyan Sadaxlı ərazisində heç bir sərhəd nişanı görmədiyini bildirib.

“Heç bir sərhəddən söhbət gedə bilməz. Mən bunu görmədim. Hərdən “qastrola” gələn erməni və gürcü sərhədçiləri bir-biri ilə söhbət edir, gah da yerli sakinlərlə söhbət aparır, hərdən də onları saxlayırlar. Artıq 25 ildir ki, Gürcüstan və Ermənistan vətəndaşları bu “işsiz” sərhədçilərin qurbanı olur. Bu, Ermənistan və Gürcüstan hökumətinin fəaliyyətsizliyidir. Onlar yalnız saxlamaq, tutmaq və böyük cərimə alaraq azad etməyi bilirlər. Bizim hökumət fəaliyyət göstərmirsə, onda biz özümüz fəaliyyət göstərməliyik”, - deyə hüquq müdafiəçisi Georgi Vanyan bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR