Bakıda mənzildən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb

 Bakıda mənzildən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb
# 02 iyun 2014 07:26 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda oğurluq hadisəsi baş verib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1957-ci il təvəllüdlü Nofiq Mirsiyab oğlu Əliyev polisə ərizə ilə müraciət edərək bildirib ki, 1 iyunda evdə olmadığı müddətdə mətbəxin pəncərəsində evə daxil olan şəxslər 6000 min manat və 4800 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Hazırda polis hadisəni törədən şəxslərin tapılması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR