Ağdaşda ev yanıb

Ağdaşda ev yanıb
# 04 fevral 2014 17:52 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov-APA. Ağdaş rayonunda fərdi yaşayış evi yanıb. Rayon yanğından mühafizə hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Qulbəndə kənd sakini 1977-ci il təvəllüdlü Cəbrayılov Sədiyar Nuru oğluna məxsus mənzildə qeydə alınıb. Ümumi sahəsi 90 kvadratmetr olan 2 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı evin dam örtüyü, otaqların tavanı və döşəməsi, içəridəki məişət əşyaları yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının qaz sobasının düzgün quraşdırılmaması səbəbindən baş verdiyi bildirilir. Yanğın söndürülüb və alovun yaxınlıqda yeni tikilən evə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR