Azərbaycanda daha iki nəfər suda boğulub

Azərbaycanda daha iki nəfər suda boğulub
# 27 iyun 2014 10:05 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda daha iki nəfər suda boğulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 26-da Balakən rayonunun Qaracabinə kənd sakini Aslan Qaracayev Katex kəndinin ərazisində yerləşən göldə çimərkən suda boğulub. Onun meyiti sudan çıxarılıb.

Analoji fakt Şirvan şəhərində qeydə alınıb. Şəhər sakini Qədir Hümbətov Kür çayının şəhər ərazisindən keçən hissəsində çimərkən suda boğulub. Onun meyitinin sudan çıxarılması üçün tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR