Gələn il 3 xarici ölkənin elmi qurumları ilə əməkdaşlıq haqqında sazişlər bağlanacaq

Gələn il 3 xarici ölkənin elmi qurumları ilə əməkdaşlıq haqqında sazişlər bağlanacaq
# 11 dekabr 2013 09:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Dekabrın sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “İKT ili” çərçivəsində elan edərək keçirdiyi 2-ci müsabiqənin nəticələrini açıqlayacaq. APA-nın xəbərinə görə, bu barədə məlumat verən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, bununla da bu il həyata keçirilən layihələrə yekun vurulacaq. Onun sözlərinə görə, ümumilikdə bu il Elmin İnkişafı Fondu 9 müsabiqə elan edib: “Bu işlər gələn il də davam etdiriləcək. Gənc alim və mütəxəssislərin növbəti müsabiqəsi və 3-cü “Şuşa qrantı” müsabiqəsi 2014-cü ildə elan olunacaq. İldən-ilə qrant müsabiqələrin formatı zənginləşir və beynəlxalq əlaqələr genişləndirilir. 2014-cü ildə Fransa, Koreya və Qazaxıstanın müvafiq qurumları ilə əməkdaşlıq haqqında sazişlər bağlanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR