Yuliya Timoşenkonun “sağ əli” Aleksandr Turçinov Ali Radanın sədri seçilib

Yuliya Timoşenkonun “sağ əli” Aleksandr Turçinov Ali Radanın sədri seçilib
# 22 fevral 2014 11:50 (UTC +04:00)

APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, parlamentin bu gün keçirilən iclasında sədr Vladimir Rıbakın istefası qəbul edilib. Keçirilən səsvermə nəticəsində A. Turçinov 288 səs alaraq parlamentin sədri seçilib.

Qeyd edək ki, 1964-cü il təvəllüdlü A. Turçinov Yuliya Timoşenkonun liderlik etdiyi “Batkivşina” (Vətən) Partiyasının liderlərindən biridir. O, Y. Timoşenkoya ən yaxın şəxslərdən biridir və onun “sağ əli” sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR