Gürcüstan prezidentinin qeyri-rəsmi həyat yoldaşının kürəkəni “dozadan artıq kokain qəbulu” diaqnozu ilə xəstəxanaya yerləşdirilib

Gürcüstan prezidentinin qeyri-rəsmi həyat yoldaşının kürəkəni “dozadan artıq kokain qəbulu” diaqnozu ilə xəstəxanaya yerləşdirilib
# 08 yanvar 2014 10:01 (UTC +04:00)

Bakı-APA. Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin qeyri-rəsmi nikahda olduğu Maka Çiçuanın kürəkəni Mindia Qoqoçuri “dozadan artıq kokain qəbulu” diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

APA-nın Gürcüstanın “Azad zona” saytına istinadən verdiyi məlumata görə, M.Qoqoçuri dostu ilə birlikdə səhər saatlarında Tiflisin Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda hər ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.

M.Qoqoçurinin Kaçarava soyadlı dostunun hətta nəbzi hiss olunmur. Xəstəxananın növbətçi həkimi artıq bu barədə polisə məlumat verib.

Xəstəxanaya gətirilənlərin şəxsiyyətini Gürcüstan prezidentinin mühafizəçilərinin və Maka Çiçuanın gəlişindən sonra müəyyənləşdirmək mümkün olub. M.Qoqoçurinin dostunun anası Səhiyyə Nazirliyində yüksək vəzifə tutduğu üçün faktın xəstəxananın qeydiyyat kitabında yer almayacağı və cinayət işinin qaldırılmayacağı güman olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR