Azərbaycanda 50 yaşlı kişi yanğında ölüb - VİDEO

Azərbaycanda 50 yaşlı kişi yanğında ölüb - <span style="color: red;">VİDEO
# 28 aprel 2014 10:36 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytın istinadən verdiyi məlumata görə, bu gün Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan yarımtikili yanıb.

Yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Kərimov Məhəmməd Rəhman oğlunun tüstüdən boğulmuş, qismən yanıq izləri ilə meyiti aşkar edilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR