Qəbələdə keçirilən fəlakət riskinin idarə olunması üzrə VII beynəlxalq konfrans başa çatıb

Qəbələdə keçirilən fəlakət riskinin idarə olunması üzrə VII beynəlxalq konfrans başa çatıb
# 05 iyun 2014 13:31 (UTC +04:00)

APA-nın məlumatına görə, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın fövqəladə halların idarə edilməsi sahəsinə cavabdeh olan dövlət qurumlarının rəhbər şəxslərinin və nümayəndələrinin iştirakı ilə keçirilən konfransın ikinci günündə İƏT-in təbii fəlakətlər riskinin idarə olunması üzrə regional mərkəzinin direktoru Məcid Həbibi Noxandan “Fəlakət riskinin idarə olunmasında birgə fəaliyyət üzrə perspektivlər”, Türkiyə Baş Nazirliyi yanında Fəlakətlərin və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Fuat Oktay “Fəlakət riskinin effektiv idarə olunması istiqamətində potensialın inkişaf etdirilməsi və fəlakət riskinin azaldılmasının yerində planlaşdırılması”, Tətbiqi Geoelmlər üzrə Mərkəzi Asiya İnstitutunun direktoru Bolot Moldobekov “Qırğızıstan və transsərhəd ərazilərdə təhlükəli təbii proseslərin monitorinqi”, Zəlzələ Mühəndisliyi və Seysmologiya üzrə Beynəlxalq İnstitutun prezidenti Abbas Əli Tasnimi “Zəlzələ riskinin idarə olunması və tikinti mühiti”, Asiya Fəlakətlərə Hazırlıq Mərkəzinin prezidenti Çanavonqze Krasae “Asiyada zəlzələ riskinin idarə olunmasının inkişaf etdirilməsi”, Asiya Fəlakətlərin Azaldılması Mərkəzinin rəhbəri Maki Yoşida “Asiya regionunda çoxmillətli əməkdaşlıq yolu ilə fəlakət riskinin azaldılmasının təşviqi” mövzusunda məruzə ediblər.

Sonra konfrans çərçivəsində fəlakət riskinin idarə olunması ilə bağlı müzakirələr təşkil olunub, müxtəlif təkliflər irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR