Cavad Zərif: “İranın nüvə proqramı ilə bağlı razılığın əldə olunması üçün imkanlar var”

Cavad Zərif: “İranın nüvə proqramı ilə bağlı razılığın əldə olunması üçün imkanlar var”
# 16 yanvar 2014 10:01 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Tərəflər arasında qarşılıqlı inamın azlığına baxmayaraq, İranın nüvə proqramı ilə bağlı razılığın əldə olunması üçün imkanlar var”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Cavad Zərif bu gün Rusiya paytaxtında həmkarı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında deyib.

“Son razılığın əldə olunması üçün imkan mövcuddur, baxmayaraq ki, tərəflər arasında əvvəlki kimi müəyyən inamsızlıq müşahidə olunur. Lakin biz inanırıq ki, nüvə proqramımız sülh xarakteri daşıdığından, bu problemin tənzimlənməsi ətrafındakı vəziyyət tamamilə həll olunandır”, - deyə Cavad Zərif bildirib.

İran XİN başçısının sözlərinə görə, tərəflər Cenevrədə əldə olunan razılığa hörmət etməlidir: “Tərəflər bu razılığı hər hansı bir yolla interpretasiya etməməlidir. Biz mövcud razılığın əsasında problemin tənzimlənməsi istiqamətində irəli getməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR