Azərbaycan prezidenti “BakuTel-2013” sərgisi ilə tanış olub - FOTOSESSİYA

Azərbaycan prezidenti “BakuTel-2013” sərgisi ilə tanış olub - <span style="color: red;">FOTOSESSİYA
# 02 dekabr 2013 13:35 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dövlət başçısına sərgi və iştirakçılar barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, builki sərginin fərqli cəhəti Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə təşkil edilən milli stendlərin say etibarilə daha çox olmasıdır. Sərgidə MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda “Titan” robotu nümayiş etdirilir.

“Iteca Caspian” MMC və onun tərəfdaşı “ITE Group plc” şirkəti tərəfindən təşkil olunan sərgi ilə tanışlıq zamanı prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı milli və xarici pavilyonlarla tanış olub, sərginin iştirakçılarına uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR