Yunan-Roma güləşi üzrə Dünya Kubokunda Azərbaycan Ermənistanla bir qrupa düşüb - VİDEO

Yunan-Roma güləşi üzrə Dünya Kubokunda Azərbaycan Ermənistanla bir qrupa düşüb - <span style="color: red;">VİDEO
# 09 may 2014 21:44 (UTC +04:00)

APA-nın Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi xəbərə görə, Yunan-Roma güləşi yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri iştirak edəcək.

Artıq FİLA prezidenti Nenad Laloviç tərəfindən Dünya Kuboku yarışının püşkü atılıb. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə B qrupunda mübarizə aparacaq. A qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə, ABŞ və Qazaxstan komandaları qüvvələrini sınayacaq.

Qeyd edək ki, Dünya Kubokunda ölkəmizi təmsil edəcək komandanın heyəti yaxın günlərdə açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR