Bakıda "Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində" mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilir - FOTO

Bakıda "Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində" mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTO
# 10 iyun 2014 12:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı- APA. Bu gün Bakıda "Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində" mövzusuna həsr olunmuş beynəlxalq konfrans öz işinə başlayıb. APA-nın xəbərinə görə, tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin dəstəyi ilə təşkil edilib. İki gün davam edəcək konfransda müxtəlif xarici ölkələrdən dəvət edilmiş qonaqların da iştirak edir.

Tədbirin açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Qafqaz Albaniyası mövzusu üzrə hüquqi, dini və mədəni irs aspektlərini əhatələyəcək konfransın keçirilməsində əsas məqsəd Azərbaycanın Qafqaz Albaniyası irsinin mənəvi varisi olması və onun təbliği ilə bağlı fəaliyyət perspektivlərinə stimul verilməsi, gələcəkdə bu istiqamətdə nəzərdə tutulan tədbirlərin görülməsi ilə bağlı müzakirələrin həyata keçirilməsidir. Onun sözlərinə görə, Azərbaycanda abidələrin qorunub saxlanması istiqamətində mühüm işlər görülür. Nazir qeyd edib ki, Qafqaz Albaniyasının tarixi və mədəni irsinin qorunması ilə bağlı araşdırmalar davam etdiriləcək.

Konfliktologiya və İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva bildirib ki, mədəni irs nümunələri hansı ölkədə olmasından asılı olmayaraq bütün insanlıq üçün böyük əhəmiyyət daşıdığından qorunub saxlanmalı, gələcək nəsillərə necə varsa, eləcə də ötürülməlidir. Onun sözlərinə görə, münaqişə yaradan və digər dövlətin ərazisini işğal edən ölkələr beynəlxalq hüquq normalarını pozaraq, eləcə də dünyanın əksər ölkələrinin qoşulduğu müvafiq konvensiyanın tələblərinə məhəl qoymayaraq, tarixi və mədəni irs nümunələrini məhv edir və ya özünükiləşdirərək oğurlayırlar.

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının I katibi Günay Əfəndiyeva, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov və digərləri Qafqaz Albaniyasının tarixi, onun qorunması və digər məsələlər barədə məruzə ilə çıxış ediblər. Açılış mərasimindən sonra konfrans Qafqaz Albaniyasının mədəni irs nümunələrinin milli və beynəlxalq səviyyədə qorunması, tədqiqi və təbliği mövzularını əhatə edəcək plenar iclas və sessiyalarla işini davam etdirir.

Qeyd edək ki, beynəlxalq konfrans 2 gün davam edəcək. Tədbir çərçivəsində beynəlxalq konfrans iştirakçıları üçün Qəbələ və Şəki rayonlarına turların təşkil edilməsi də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR