Xətai Rayon Polis İdarəsinin rəisi avtomobil qəzasında xəsarət alıb

Xətai Rayon Polis İdarəsinin rəisi avtomobil qəzasında xəsarət alıb
# 07 aprel 2014 07:53 (UTC +04:00)

Paytaxtın Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 3-də baş verib.

Nobel prospektində Fərid Fariz oğlu Cəfərovun idarə etdiyi BMW markalı avtomobillə polis serjantı Nəsib İsgəndərovun idarə etdiyi və Xətai Rayon Polis İdarəsi rəisinin xidməti avtomobili olan 90 AP 112 dövlət nömrə nişanlı “Hyundai Sonata” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü, Xətai Rayon Polis İdarəsinin rəisi Əkbər İsmayılov və BMW-nin sürücüsü F. Cəfərov xəsarət alaraq xəstəxanaya aparılıblar. Ə. İsmayılov sol budun sınığı diaqnozu ilə Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib, sürücüsü Nəsib İsgəndərov isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR