Bakıda dondurma istehsalında nöqsanlar aşkarlanıb

Bakıda dondurma istehsalında nöqsanlar aşkarlanıb
# 19 iyun 2014 13:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən "S.A.B.A. Şirkəti" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə, istehlakçıların çaşdırılmasına səbəb olan dondurmaların istehsal edildiyi müəyyən olunub.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə 100-ə yaxın məcburi köçkün sahibkar iştirak edib.

Belə ki, yoxlama zamanı “Charlie”, “Saturn” və “Лунные Ночи” əmtəə nişanlı dondurmaların ön tərəfindəki markalanma məlumatlarının, habelə “СТАКАНЧИК”, “İce dream”, “СССР” və “ГОСТ” adlı dondurmaların adları və ön tərəfindəki markalanma məlumatlarının istehlakçılarda həmin məhsulların xaricdə istehsal olunması barədə yanlış təəssürat yaradan formada yalnız xarici dildə verildiyi müəyyən edilib.

Bundan başqa, “Saturn” əmtəə nişanlı dondurmaların markalanmasında məhsulun qida və enerji dəyəri barədə məlumatın verilmədiyi, “Baton karamelli” və “Lovetta” adlı dondurmaların markalanmasında məhsulun qida və enerji dəyəri barədə düzgün olmayan məlumatlar verildiyi aşkarlanıb.

Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən “S.A.B.A. Şirkəti” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR