Kanadada Azərbaycan film festivalı keçiriləcək

Kanadada Azərbaycan film festivalı keçiriləcək
# 17 oktyabr 2013 21:50 (UTC +04:00)

Bakı-APA. Cari ilin oktyabrın 20-də Kanadanın Britaniya Kolumbiyası əyalətinin Vankuver şəhərində Azərbaycan film festivalı keçiriləcək. Azərbaycanın Kanadadakı səfirliyindən verilən xəbərə görə, Kanadada ilk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd Kanada ictimaiyyətini Azərbaycan filmləri ilə tanış etməkdir. Festival çərçivəsində həm SSRİ, həm də müstəqillik əldə edilən dövrdən sonra çəkilmiş bir sıra filmlər nümayiş etdiriləcək.

Qeyd edək ki, sözügedən festival Britaniya Kolumbiyası əyalətində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunur.

Festival ilə bağlı daha ətraflı məlumat ilə aşağıdakı internet ünvan vasitəsilə tanış olmaq mümkündür:

http://vaff.info

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR